Əsgərov Ayaz Nəriman oğlu-1964-cü ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuşdur.
Ali təhsillidir. 1989-cu ildə Moskva ət və süd məhsullarının texnologiyası İnstitutunu, 2006-cı ildə isə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişdir. 1989-2006-cı illərdə müxtəlif vəzifələrdə çalışmışdır.
2006-2011-ci illərdə Azərbaycan Respublikasının Nəsimi rayonu İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışmışdır. 6 oktyabr 2011-ci il tarixdən 19 may 2016-cil tarixədək Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Qazax Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində çalışmışdır. 19 may 2016-cı il tarixdə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı vardır