Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Mayıllı Mahmud Əflatun oğlunun xatirəsi ehtiramla anıldı.

30 noyabr 2021 | 16:00

    Qəhrəman şəhidimizin anım mərasimində iştirak edən Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, aparatının məsul əməkdaşları və KİV nümayəndələri  tərəfindən məzarı ziyarət edilib üzərinə gül dəstələri qoyuldu, ruhuna dualar oxundu. RİH başçısı Ayaz Əsgərov çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun böyük şücaət və yüksək döyüş hazırlığı göstərərək 27 sentyabr 2020-ci il tarixdən başlayaraq 44 gün müddətində torpaqlarımızı düşmən tapdağından azad etdiyini, Vətən Müharibəsində tarix yazan qəhrəman  əsgər və zabitlərimizin Azərbaycanın haqq uğrunda mübarizə aparmaq əzmini, əsl döyüş ruhunu bütün dünyaya nümayiş etdirdiyini bildirmişdir.
Mahmud Mayıllı 12 iyul 2002-ci ildə Yardımlı rayonunun Avaş kəndində anadan olmuşdur. 2020-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağrılmış, Vətən müharibəsində iştirak etmiş və Füzuli-Xocavənd istiqamət gedən döyüşlərdə şəhid olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və Hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda”, ”Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.

Keçidlər