Şriftin ölçüsü :

Saytın rəngi :

YAP YARDIMLI RAYON TƏŞKİLATININ X HESABAT KONFRANSI KEÇİRİLİB

18 avqust 2021 | 16:00

Avqustun 18-də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının videoformatda X hesabat konfransı keçirilib. Öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən oğullarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, bu gün ulu öndər Heydər Əliyev ideyalarının və onun siyası kursunun qətiyyətli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çoxşaxəli, səmərəli fəaliyyəti YAP-ın aparıcı mövqeyini daha da möhkəmləndirir. 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbəmizin yaratdığı reallıqlardan bəhs edən M.Mirzəyev deyib ki, yeni çağırışların həyata keçirilməsində Yeni Azərbaycan Partiyası daim ön sıralarda olub. M.Mirzəyev qeyd edib ki, hesabat dövründə partiyanın sıraları daha da genişlənərək, üzvlərinin sayı 3690 nəfər olub. Onlardan 872 nəfəri gənclər, 565  nəfəri isə qadınlardır. Sonra YAP Yardımlı rayon təşkilatının Nəzarət Təftiş Qrupunun sədri Telman Abbasovun hesabatı dinlənilib. Müzakirələr zamanı Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin deputatı Musa Qasımlı, YAP Yardımlı rayon təşkilatının İdarə Heyətinin üzvü,  rayon Ağsaqqalar Şurasının sədri Məzlum Mənsimov, rayon təşkilatının sədr müavini Anar Alışov, rayon təşkilatının İdarə Heyətinin üzvü, Rayon İcra Hakimiyyətinin başçısının müavini Əfsanə Məmmədova çıxış edərək təşkilatın hesabat dövrü ərzində gördüyü işlərdən bəhs ediblər. 

Keçidlər