Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda növbəti dəfə dezinfeksiya işləri aparıldı.

16 avqust 2021 | 16:00

Ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ölkəmizdə koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri ilə bağlı tapşırıq və göstərişlərinə uyğun olaraq Yardımlı Rayon İcra Hakimiyyəti tərəfindən koronavirus COVİD-19 infeksiyasına qarşı tədbirlərin daha da genişləndirilməsi məqsədi ilə kompleks tədbirlər davam etdirilir.
Yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, rayon ərazisində tibbi-profilaktik, dezinfeksiyaedici tədbirlərin intensivləşdirilməsi məqsədilə 16 avqust 2021-ci il tarixdə növbəti dəfə şəhərinin əsas küçə və prospektində, yaşayış binalarında, bankomat və ödəniş terminallarında, məişət tullantılarının atıldığı konteynerlərdə dezinfeksiya işləri görülmüşdür.
Bununla yanaşı əhali ilə maarfləndirici söhbətlər aparılaraq onların mütləq şəkildə peyvənd olunmaları tövsiyə edilib. Bildirilib ki, geniş vaksinləşmə prosesinin aparılmasının və dezinfeksiya tədbirlərinin keçirilməsində əsas məqsəd vətəndaşlarımızı bu infeksiyadan qorumaqdır.
Yardımlı Rayon İcra Hakimiyyətinin Başçısı yanında yaradılmış Operativ Qərargah tərəfindən bu istiqamətdə lazımi bütün tədbirlər həyata keçirilir və nəzarətdə saxlanılır.   

Keçidlər