Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 26 İyun–Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirildi.

26 iyun 2021 | 16:00

Tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Yardımlı rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov çıxış edərək Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında əks-hücum əməliyyatları ilə başlanan və  44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun tarixi torpaqlarımızın işğaldan azad edilməsində qazandığı qələbədən danışıb. Sonda Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərək təltif olunmuş 21 şəhidin medalları ailə üzvlərinə, 12 nəfər müharibə iştirakçısı və qazilərimizin medalları isə özlərinə təqdim olundu. 

Keçidlər