Şriftin ölçüsü :

Saytın rəngi :

15 iyun- Milli Qurtuluş günü

15 iyun 2021 | 16:00

14  iyun 2021-ci il tarixdə Milli Qurtuluş  günü münasibəti ilə Yardımlı rayon İcra Hakimiyyəti və YAP Yardımlı rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun idarə, müəssisə və təşkilatlarının, ümumtəhsil məktəblərinin iştirakı ilə “Zoom” platforması üzərindən videoformatda tədbir keçirildi. Tədbirdə Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəblərin müəllim kollektivi iştirak edib.
Tədbir açıq elan edildikdən sonra çıxış edən Yardımlı rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev Milli Qurtuluş  günü münasibətilə rayon ictimaiyyətini təbrik etdi və Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdi. Bildirildi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu.
Müstəqil ölkəmizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin adı Azərbaycanın özü qədər əbədi olacaq, onun ideyaları gələcək yollarımıza daim işıq salacaq. Bu gün Ulu Öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan günü- gündən sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Ötən ilin 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə də bu siyasətin layiqincə davam etdirilməsinin bariz nümunəsidir Torpaqlarımızın işğaldan azad olunması Qurtuluş günündən sonra tariximizə və dövlətçiliyimizə qızıl hərflərlə yazılan növbəti böyük Zəfər oldu.
Sonra tədbirdə çıxış edən Gənclər və İdman idarəsinin rəisi Anar Alışov  bildirdi ki, həmişə dövlətçilik ənənələrinə sadiq olan rayon əhalisi bu gün də dövlət rəhbərinin apardığı siyasəti tam dəstəkləyir.
Daha sonra tədbirdə çıxış edən Qaraqaya kənd tam orta məktəbinin direktoru Səlvər Əliyev  çıxışlarda səslənən fikirlərə qoşularaq Milli Qurtuluş Gününün bütün Azərbaycan xalqının taleyi üçün həlledici və önəmli bir hadisə olduğunu vurğuladı.

Keçidlər