Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda İctimai Şuranın Seçki Komissiyasının növbəti iclası keçirilib.

11 iyun 2021 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyəti yanında yaradılacaq İctimai Şuranın Seçki Komissiyasının növbəti iclası keçirilib.
Görüş çərçivəsində İctimai şuraya namizədlərin qeydiyyatı, İctimai şuraya seçkinin tarixi və yerinin müəyyən edilməsi məsələləri müzakirə edilib.
Yardımlı RİH başçısının birinci müavini, Seçki Komissiyasının sədri Azər Xamiyev üzvləri salamlayaraq, Komissiyanın fəaliyyəti və gündəlikdə duran məsələləri diqqətə çatdırıb. O bildirib ki, seçkinin keçirilməsi zamanı pandemiya qaydalarına əməl olunmalı və tədbirlər yüksək səviyyədə təşkil olunmalıdır. “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq, 15 aprel 2021-ci il tarixdən 15 may 2021-ci il tarixədək Yardımlı RİH yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatı elan edilmiş və ictimai fəallar tərəfindən müraciətlər daxil olmuşdur. Sənədlər yoxlanılaraq qəbul olunmuş və Seçki Komissiyasının üzvlərinə təqdim edilmişdir.
Daha sonra Komissiya üzvləri çıxış edərək, şuraya seçkilərin keçirilməsi ilə bağlı rəy və təkliflərini səsləndiriblər.
Görüşün yekununda Seçki Komissiyasının Protokolu hazırlanıb. Yekunda İctimai Şuraya seçkinin 18 iyun 2021-ci il tarixdə, saat 11:00-dan 14:00-a kimi rayon Heydər Əliyev Mərkəzinin böyük zalında keçirilməsi qərara alınmışdır.
Qeyd edək ki, seçkidə iştirak etmək üçün müraciət edən 7 nəfərin namizədliyi təsdiq edilib:

Keçidlər