Şriftin ölçüsü :

Saytın rəngi :

Şiləvəngə kəndinə təbii qaz verildi.

26 may 2021 | 16:00

26 may 2021-ci il tarixdə 69 abonentdən ibarət olan rayonun  Şiləvəngə kəndinə təbii qazın verilməsi ilə bağlı  tədbir   keçirildi. Pandemiya ilə əlaqədar karantin qaydalarına uyğun olaraq keçirilən tədbirdə  Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsindən, yeni-yeni sosial layihələrin həyata keçirilməsindən söz açaraq ələmətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etdi, təbii yanacağın hər bir mənzilə sevinc, xoşbəxtlik və xeyir-bərəkət gətirməsini arzuladı. Tədbirdə çıxış edən kənd sakinləri  yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

    Lənkəran Regional Qaz İstismar İdarəsinin rəisi Azər Musayev əlamətdar hadisə münasibətilə kənd sakinlərinə  təbriklərini çatdırdı.
     Sonda rəmzi məşəl alovlandırıldı.

Keçidlər