Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda karantin rejimi ilə əlaqədar reydlər davam etdirilir.

06 aprel 2021 | 16:00

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Yardımlı rayonunda profilaktik tədbirlər və əhali arasında maarifləndirmə işləri davam etdirilir.
Yardımlı Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və mobil qruplar rayon ərazisində əhalinin sıx olduğu yerlərdə, ticarət obyektlərində və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə monitorinqlər həyata keçirirlər. Reydlər zamanı sahibkarlarla və vətəndaşlarla aparılan maarifləndirici söhbətlər zamanı, onlara Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara əməl edilməsinin vacibliyi izah olunur, mütləq şəkildə tibbi maskadan istifadə olunması və sosial məsafənin gözlənilməsi barədə xəbərdarlıq edilir.

Keçidlər