Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov İkinci Qarabağ savaşı-Vətən müharibəsində şəhid olan qəhrəmanların ailələrinə baş çəkib.

19 yanvar 2021 | 16:00

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov İkinci Qarabağ savaşı-Vətən müharibəsində  şəhid olan qəhrəmanların ailələrinə baş çəkib.
    İcra başçısı əvvəlcə qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib, vətənimizin azadlığı uğrunda canından keçən cəsur övladların məzarları üstünə tər çiçəklər qoyub.
Daha sonra şəhidlərimizin evlərinə gedən rayon rəhbəri Azərbaycanın suverenliyi uğrunda şəhid olanlara rəhmət, ailə üzvlərinə isə səbir diləyib.
   Qeyd edib ki, vətənimizin bu mərd, cəsur övladarı ali bir amal - Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşərkən şəhidlik zirvəsinə ucalıblar. Şəhidlərin xatirəsi daim uca tutulur, şəhid ailələri isə dövlətin diqqət və qayğısı ilə əhatə olunublar.
   Ayaz Əsgərov şəhid ailələrini narahat edən məsələlərlə yerində maraqlanıb.
   Şəhidlərimizin ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə ediblər.

Keçidlər