Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda koronavirus infeksiyasına qarşı reydlər davam etdirilir

20 noyabr 2020 | 16:00

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşlarının və hüquq-mühafizə orqanları nümayəndələrinin iştirakı ilə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində  və fəaliyyətlərinə icazə verilmiş digər obyektlərdə monitorinqlər davam etdirilir.
     Monitorinqlər  zamanı sakinlərlə sosial  məsafənin gözlənilməsi, tibbi maskalardan və dezinfeksiya edici məhlullardan istifadə, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır, obyektlərin sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilib.

Keçidlər