Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda yay şumu gündən-günə sürətlənir.

17 sentyabr 2020 | 16:00

Yay şumunun vaxtında və keyyfiyyətli vurulması ziyanvericilərin məhv olmasına, torpağın münbitliyinin artırılmasına və növbəti illərdə məhsuldarlığın yüksəldilməsinə müsbət təsir göstərir.
     Bu barədə kənd sakinləri ilə  aparılmış marifləndirici tədbirlər öz nəticəsini verir.
      Yay şumunun məhsuldarlıqda mühüm əhəmiyyətini nəzərə alan kənd sakinləri bütün qüvvələrini bu mühüm aqrotexniki tədbirin vaxtında və keyfiyyətlə aparılmasına səfərbər ediblər. 17 sentyabr 2020-ci il tarixə kimi rayon üzrə 1000 hektar sahədə yay şumu vurulmuşdur.
     Hazırda Yardımlı rayonunda torpaq sahələrinin şumlanması işi mütəşəkkil başlamış və kənd təsərrüfatında ən məhsul dövrü hesab olunan yay şumu sürətlə davam etdirilir.

Keçidlər