Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı şəhər sakini Mirxan Səmədovun “Kompromat tv” internet kanalında yayımlanmış müraciəti heç bir həqiqəti əks etdirmir.

20 may 2020 | 16:00

20 may 2020-ci il tarixdə “Kompromat tv” internet kanalında Yardımlı şəhər sakini Səmədov Mirxan Əvəz oğlunun Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə evinin qəzalı olması və Yardımlı şəhər sakini Cəlil Zabidovun RİH-nin müavinləri tərəfindən şərlənərək həbs olunması ilə bağlı  video-müraciəti yayılmışdır.
     Video-materialı “Kompromat tv” -də “Azad AzTv”, “Azadlıq Həsrəti” və “Huseynci32” profili ilə ardıcıl olaraq təhqiredici materiallar yayan bir şəxs kimi tanınır. O, radikal islamçı olmaqla, cinayətkar hərəkətlərinə görə həbs edilmiş “Müsəlman birliyi hərəkatı”nın sədri Taleh Bağırzadəni, Gəncə hadisələrini törədən şəxsləri açıq müdafiə edir, onları “şəhid” adlandırır, Nardaranda, Gəncədə baş vermiş hadisələrə məkrli mövqedən yanaşır.
      Cəlil Zabidovun RİH tərəfindən şərlənərək həbs ediləcəyi barədə iddiaları tamamilə əsassızdır. Belə ki, cari ilin fevral ayında C.Zabidov mübahisə zəminində Yardımlı şəhər sakini Hamlet Əməşova ciddi bədən xəsarəti yetirmiş və zərərçəkmiş şəxsin şikayəti əsasında rayon polis şöbəsində istintaq aparılmışdır. Hazırda  iş rayon  məhkəməsindədir. O, siyasi baxışlarına və tənqidlərinə görə deyil, konkret cinayət əməlinə görə məhkəmə qarşısına çıxacaqdır.
     Bildiririk ki, Mirxan Səmədovun müraciəti ilə əlaqədar rayon fövqəladə hallar komissiyasının mütəxəssisləri tərəfindən 22 fevral 2020-ci il tarixdə onun fərdi yaşayış evinə  baxış keçirilmiş, məlum olmuşdur ki, ev 1952-ci ildə heç bir inşaat normalarına əməl olunmadan tikilmişdir.Tikinti zamanı put daşdan yerli ağac materallarından istifadə olunmuşdur. Fərdi yaşayış evi tikinti norma və qaydalarına əməl olunmadığından, eləcə də fiziki köhnəlmədən qismən qəzalı vəziyyətə düşmüşdür. Bu barədə RİH tərəfindən vətəndaşa 10.03.2020-ci il tarixdə 267/3 saylı məktubla rəsmi cavab verərək bildirilmişdir ki, belə evlərin bərpası üçün dövlət tərəfindən vəsait ayrılmır. Əlavə olaraq Səmədov Mirxan Əvəz oğluna RİH tərəfindən bir neçə dəfə  maddi yardım olunmuşdur.
    Bildiririk  ki, Mirxan Səmədov Qarabağ veteranı kimi 80 manat  müavinat, “51 saylı Yol istismar MMC” də 2015-ci ildən işləməklə, 250 manat əmək haqqı alır. Həyat yoldaşı, özü ilə birgə yaşadığı qızı və bacısı Mərkəzi Rayon Xəstəxanasında sanitar təmizləyicisi vəzifəsində işləməklə həyat yoldaşı Əliyeva Əzəmət Nəcib qızı 296 manat, bacısı Rzayeva Nərgiz Əvəz qızı 271 manat , qızı Səmədova Kifayət Mirxan qızı isə 271 manat əmək haqqı alır. Əlavə olaraq qızı ailə başçısını itirmiş kimi 160 manat müavinat alır. Ailə üzvlərinin sayı 6 nəfər olmaqla ümumilikdə ailəyə 1328 manat  gəlir gəlir.

Keçidlər