Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda faşizm üzərində tarixi qələbənin 75 illiyi münasibətilə 1941-1945- ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət edilmişdir

09 may 2020 | 16:00

09 may 2020-ci il tarixdə Yardımlı rayonunda Böyük Vətən Müharibəsi veteranları ziyarət edilmişdir. RİH-nin məsul işçiləri 1941-1945 - ci illər Böyük Vətən müharibəsi veteranları olan  Şəfəqli kənd sakini Cəfərov Güləli Pirəli oğlu və Çayüzü kənd sakini Məstəliyev Şükür Fətulla  oğlunun evlərində olmuş, onlara açılmış bayram süfrəsində ətraflı və səmimi söhbət aparılmış, problemləri ilə maraqlanmışlar və bayram münasibətilə onları təbrik etmişlər.Əlavə olaraq onlara RİH tərəfindən ərzaq sovqatı verilmişdir.
     Böyük Vətən Müharibəsi iştirakçılarının hər biri öz növbəsində onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirmişlər.
    Sonda veteranlarla xatirə şəkilləri çəkilmişdir.

Keçidlər