Şriftin ölçüsü :

Saytın rəngi :

RİH tərəfindən daha 150 aztəminatlı ailəyə sovqat verildi.

24 aprel 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Yardımlı rayonunda təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu məqsədlə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərovun sərəncamına əsasən xüsusi qərargah yaradılıb. Qərargah öz işini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahın qərar və təlimatlarına uyğun qurmuşdur.
Yardımlı Rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndəlikləri, bələdiyyə orqanları və rayonda yaradılmış könüllü qruplar aztəminatlı ailələrin, xüsusi ilə yaşı 65-dən çox olan tənha və ahıl insanların sosial-məişət problemlərini öyrənir və operativ qaydada həll olunmasına çalışırlar.
Eyni zamanda rayon ərazisində pandemiyanın yayılmasının qarşısının alınması məqsədi ilə idarə və müəssisələrinin inzibati binalarında, uşaq bağçalarında, təhsil müəssisələrində, məscidlərdə dezinfeksiya tədbirləri görülüb. Yardımlı şəhərində küçə və parklarda, çoxmənzilli yaşayış binalarında dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.
      Bu gün də rayon icra hakimiyyəti tərəfindən daha 150 imkansız, tənha və ahıl insana ərzaq bağlamaları verilmişdir. İcra hakimiyyətinin əməkdaşları rayon rəhbərliyinin bu kateqoriyadan olan sakinlərə etdiyi yardımları evlərində çatdırmışlar. Sakinlər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə minnətdarlıqlarını ifadə etmiş, ölkəmizdə koronavirusla mübarizə tədbirlərini yüksək qiymətləndirmişlər.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə uyğun olaraq rayon icra hakimiyyətində, ərazi icra nümayəndəliklərində və YAP rayon təşkilatında yaradılmış könüllülər, DSMF-nin rayon şöbəsinin sosial xidmət işçiləri ilə birgə davamlı olaraq tənha və ahıl insanlara sosial-məişət xidmətləri göstərirlər.

Keçidlər