Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda RİH başçısının iştirakı ilə maarifləndirmə tədbirləri həyata keçirilir

30 mart 2020 | 16:00

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması, infeksiyanın yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq Heydər Əliyev prospektində RİH başçısı Ayaz Əsgərovun iştirakı ilə  maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Söhbət zamanı yaşlılara, birlikdə toplaşaraq gəzinti edən gənclərə, digər vətəndaşlara Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara riayət etmələri tapşırılmışdır.
Bununla yanaşı Yardımlı rayon Polis şöbəsinin Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllələrdə səsgücləndiricilər vasitəsilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər.

Keçidlər