Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Dəlləkli kənd sakinləri ilə görüş keçirmişdir.

27 noyabr 2019 | 16:00

Görüşdə idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakinləri, KİV-nin nümayəndələri  iştirak etmişdir.
   RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermişdir. Bildirmişdir  ki, Ümummilli Liderimiz Heydər Əliyevin müəyyən etdiyi inkişaf yolu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu yaxınlarda cənab Prezidentin minimum əmək haqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması  Müharibə veteranlarına, şəhid ailələrinə verilən müavinətlərdən, eləcədə 12 mindən çox şəhid vərəsəsinə 11 min manat birdəfəlik  vəsaitin ödənilməsindən, problemli kreditlərlə bağlı verdiyi sərəncamlardan , əhalinin sosial müdafiyəsinin daha da gücləndirilməsi ilə bağlı təkliflər paketinin hazırlanması barədə vətəndaşlara geniş  məlumat vermişdir.
Qəbul zamanı vətəndaşlar tərəfindən   kəndə qaz xəttinin çəkilməsi, elektrik dirəklərinin təmiri ilə bağlı  məsələlər qaldırıldı. Həlli mümkün olan məsələlər bağlı aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi. Vətəndaşların qaldırdığı həlli müəyyən vaxt tələb edən məsələlər isə icra olunmaq üçün nəzarətə götürüldü.
Görüşdə kənd sakinləri ölkədə olan sabitliyə, əminəmanlıqa, vətəndaşlara göstərilən diqqətə, rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər

Keçidlər