Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edildi.

23 iyul 2019 | 16:00

23 iyul 2019-cu il tarixdə RİH Akt zalında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təltif olunan Əliyev Ərəstun Soltan oğlunun “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təqdim edilməsi mərasimi keçirildi.
Yardımlı RİH başçısı cənab Ayaz Əsgərov əvvəlcə ölkə başçısının 22 iyun 2019-cu il Sərəncamına əsasən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunan RİH başçısının Avaş inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əliyev Ərəstun bir daha təbrik edərək, ona fəaliyyətlərində uğurlar arzulayıb. Natiq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin dövlət qulluğu haqqında qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsindəki gördüyü böyük əhəmiyyət kəsb edən işlər ulu öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev cənabları  tərəfindən əsaslı şəkildə uğurla davam etdirilir. Dövlətimizin başçısının yüksək diqqət və qayğısı sayəsində “Dövlət qulluğu haqqında” Qanundan irəli gələn bütün məsələlər davamlı olaraq həyata keçirilir. Bu sahədə Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixli “Dövlət qulluqçularının Peşə Bayramı Gününün təsis edilməsi haqqında” Sərəncamı dövlət qulluqçularına olan qayğının əyani nümunəsidir.
Sonra  RİH başçısı “Dövlət qulluğunda fərqlənməyə görə”  medalını və vəsiqəni rayon ictimaiyyəti qarşısında təntənəli surətdə  RİH başçısının Avaş inzibat  ərazi dairəsi üzrə nümayəndəsi Ərəstun Əliyevə təqdim edib. Çıxış edən dövlət qulluqçusu RİH başçısının Avaş inzibat  ərazi dairəsi üzrə nümayəndəsi Ərəstun Əliyev onun əməyinə verilən yüksək qiymətə görə ölkə rəhbəri möhtərəm İlham Əliyev cənablarına dərin minnətdarlığını bildirib.

Keçidlər