Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının 10 milyonuncu sakininin anadan olması münasibəti ilə konsert proqramı keçirildi.

09 aprel 2019 | 16:00

Ölkəmizdə əhalinin sayının 10 milyon nəfərə çatması Yardımlıda sevinclə qeyd edilir. Xatırladaq ki, aprelin 6-da keçmiş Ağdərə rayonunun sakinləri, hazırda Ağdam rayonunun Baş Güneypəyə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı ilə Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə 08 aprel 2019-cu il tarixdə Mədəniyyət və İstirahət  Parkında bayram tədbiri keçirilib.
Bayram tədbirində Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı cənab Ayaz Əsgərov, hüquq mühafizə orqanları, ictimaiyyəıt nümayəndələri, ağsaqqallar, təhsil, səhiyyə işçiləri, məktəblilər, tələbələr, KİV nümayəndələri və s. iştirak ediblər.
Bayram tədbirində RİH-nin başçısı cənab Ayaz Əsgərov 06 aprel 2019-cu il tarixdə  Azərbaycanda dünyaya gələn 10 milyonuncu vətəndaş bu gündən ölkənin 10 milyonuncu vətəndaş kimi tanınır. Azərbaycan 10 milyonluq ölkəyə çevrildi. Bu münasibətlə ölkənin rəhbəri cənab Prezident İlham Əliyev və Birinci vitse -prezident Mehriban xanım Əliyeva körpənin valideynlərini və bütün Azərbaycanı təbrik elədi. Bu təbrik hamımızındır. Hamınızı təbrik edirəm. Qədəmləri uğurlu olsun. Azərbaycana qədəm qoyan və adı Mehriban olan Mehriban xanımımız bu dünyaya, Azərbaycanına xoş gəlibdir. Sizi 10 milyonluq Azərbaycan münasibətilə bir daha təbrik edirəm. Hamınıza xoş günlər, səadət arzulayıram!
         Tədbir rayon Mədəniyyət Mərkəzinin kollektivinin hazırladığı bayram konserti ilə davam etdirildi.
Sonda nümayiş etdirilən möhtəşəm atəşfəşanlıq tədbir iştirakçıları və rayon əhalisi tərəfindən maraqla izlənildi.

Keçidlər