Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində Quba-Qusar-Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərin yolasalma mərasimi keçirildi.

15 mart 2019 | 16:00

15 mart 2019-cu il tarixdə Yardımlı Rayon İcra Hakimiyyətinin inzibati binasında rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində martın 15-18-də Quba-Qusar-Xaçmaz istiqamətində tur-aksiyada iştirak edəcək məktəblilərin yola salma mərasimi keçirildi. Məktəbliləri salamlayan rayon icra hakimiyyətinin başçısı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində qəbul edilmiş müxtəlif dövlət proqramlarının icrası ilə əlaqədar uşaqların, yeniyetmə və gənclərin hərtərəfli inkişafına xidmət edən müxtəlif layihələr həyata keçirilir. Cənab Prezidentin tapşırığına uyğun olaraq məktəblilər “Ölkəmizi tanıyaq” layihəsi üzrə ümumtəhsil məktəblərinin şagirdlərinin respublikanın müxtəlif bölgələrinə tur-aksiyaları təşkil olunur.
Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli Lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Çıxış edənlər məktəblilərə ölkəmizin tarixini, mədəniyyətini daha geniş, əyani şəkildə öyrənmək imkanı yaratdığına görə övlkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonda rayon icra hakimiyyəti başçısı bildirdi ki, artıq qrupun yola düşməsi üçün bütün təşkilati məsələlər həll olunmuş, rayonun orta məktəblərində təhsil alan, öz təhsili və nümunəviliyi, ictimai həyatda fəallığı ilə fərqlənən şagirdlər seçilib, icra hakimiyyətində yaradılan qərargah tərəfindən qrupa rəhbər təyin edilmişdir. Şagirdlər xüsusi geyimlər və tələb olunan ləvazimatlarla təmin olunmuşdur. Mən inanıram ki, siz rayonumuzu, təhsil aldığınız məktəbi layiqincə təmsil edəcəksiniz və evlərinizə çox böyük təəssüratlarla qayıdacaqsınız.

Keçidlər