Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda təhsil işçilərinin sentyabr konfransı və tələbə adını qazanmış məzunlarla görüş keçirildi.

12 sentyabr 2018 | 16:00

   12 sentyabr 2018-ci il tarixdə saat 11:00–da Nizami adına kulubda Yardımlı  rayon Təhsil işçilərinin ənənəvi sentyabr konfransı və tələbə adını qazanmış məzunlarla görüş keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Təhsil İnstitutunun əməkdaşı İlham Cavadov, hüquq-mühafizə orqanları, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. . Rayon İcra hakimiyyətinin başçısı Ayaz Əsgərov , Təhsil İnstitutunun əməkdaşı İlham Cavadov,  konfransda çıxış edərək rayon təhsil işçilərinin qazandığı nailiyyətlərindən və yeni dərs ilində qarşıda duran vəzifələrdən danışmış, yeni tədris ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etmişlər. Rayon Təhsil şöbəsinin müdiri Səmədzadə Manaf «2017-2018-cı tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda geniş məruzə etmişdir. O, Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq son illərdə rayonumuzda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır.
  Çıxış edənlər qazanılan uğurlara, təhsil sahəsinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər. Tədbirdə 500-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara  rayon İcra hakimiyyəti başçısının Fəxri fərmanı və qiymətli hədiyyələr və pul mükafatı təqdim olunmuşdur.
  Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlanmışdır.

Keçidlər