Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.

25 iyul 2018 | 16:00

RİH-nin başçısı,  əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Şıxlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə  səyyar görüş-qəbul keçirildi.
Rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  görüş iştirakçılarını salamlayaraq bildirdi ki, cənab Prezidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullar qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərlə görüşürük. Belə görüşlərin keçirilməsində əsas məqsədin ərazilərdə əhalini narahat edən problemlərin öyrənilməsi, bu problemlərin həllinə nail olmaqla əhalinin rifah hallının daha da yaxşılaşdırılması istiqamətində işlərin görülməsinin vacib olduğunu qeyd etdi.
İcra başçısı sonda Şıxlar  kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər