Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlıda Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd olundu.

09 may 2018 | 16:00

09 may 2018-ci il tarixdə Yardımlı RİH-nin Akt zalında  “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda konfrans keçirilib. Tədbir  İştirakçılar əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsinin önünə tər çiçəklər qoydu, əziz xatirəsi yad edildi.
Tədbirdə RİH başçısı Ayaz Əsgərov Azərbaycan xalqının Ümummilli Lideri, dünya şöhrətli dövlət və siyasi xadim Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunmasında və rəvan inkişaf yoluna çıxmasında göstərdiyi misilsiz xidmətlərindən söz açaraq bu tarixi xidmətlərin xalq tərəfindən həmişə ehtiramla xatırlandığını diqqətə çatdırmış,  müasir Azərbaycan dövlətinin  inamla irəliləyərək dünyanın qabaqcıl dövlətlərindən birinə çevrilməsinin Ulu Öndərin müdrik düşüncəsi və yorulmaz fəaliyyəti sayəsində mümkün olduğunu vurğulayıb. Ümummilli Lider Heydər Əliyevin ayiqli davamçısı cənab Prezident İlham Əliyevin davamlı diqqətilə rayonda iqtisadiyyatın bütün sahələrində, sənayedə, kənd təsərrüfatında, mədəni quruculuqda böyük uğurların qazanıldığını bildirib.   
Sonra İcra başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əfsanə Məmmədova  “Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusudur” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında çıxışlarda Ümummilli Liderin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən söz açıblar.

Keçidlər