Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayon icra hakimiyyətinin başçısı Pirembel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri ilə görüş keçirmişdir.

07 mart 2018 | 16:00

Yardımlı RİH-nin başçısı Ayaz Əsgərov mart  ayının 7-də rayonun  Pirembel kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sakinləri  ilə səyyar qəbul-görüş keçirmişdir. Görüşdə RİH Başçısı Ayaz Əsgərov, rayon Polis şöbəsinin rəisi Arif Babayev, idarə müəsissə  və təşkilat rəhbərləri, kənd sakiləri, KİV-nin nümayəndələri  iştirak edirdi.
         Görüşdə RİH-nin başçısı Ayaz Əsgərov  kənd əhalisini salamlamış, bildirmişdir ki, məqsədimiz cənab Prezidentin tapşırığına əsasən əhali ilə bilavasitə yerlərdə görüşüb, problemlərini dinləməkdir. Bildirmişdir ki, son illərdə ölkəmizin sosial- iqtisadi inkişafı naminə dövlət səviyyəsində həyata keçirilən tədbirlərin icmalını vermiş, regionlara göstərilən diqqəti nəzərə çatdırmışdır.
      İcra başçısı sonda Pirembel kəndində  mövcud sosial-iqtisadi probemlərinin həlli istiqamətində görülən işləri qeyd etməklə yanaşı, mövcud problemlərin həllinə nail olmaq üçün səlahiyyətlərimiz çərçivəsində iş aparırıq, hansı kənd olmasından asılı olmayaraq isə imkanlarımız daxilində olanların həllinə həmişə köməklik göstəririk. Tədbirlərin sürətləndirilməsi üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılır.
    Görüşdə kənd sakiləri rayonumuzda eləcə də kəndlərdə görülən işlərə görə ölkə başçısına  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər