Şriftin ölçüsü :

Saytın rəngi :

Yardımlı rayonunda 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirə keçirildi.

12 oktyabr 2017 | 16:00

2017-ci ilin 9 ayı ərzində Yardımlı rayonunun sosial-iqtisadi inkişafı sahəsində görülmüş işlər və qarşıda duran vəzifələri barədə hesabat məruzəsi müzakirə edilmişdir. Tədbirdə geniş məruzə ilə çıxış edən rayon icra hakimiyyəti başçısı Ayaz Əsgərov  rayonumuzda 2017-ci ilin doqquz ayı ərzində sosial və digər infrastruktur layihələrin icrasına ciddi fikir verilmişdir. Belə ki, sahibkarlıq və kənd təsərrüfatının inkişafı, tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, əhalinin içməli su ilə təmini, tibb müəssisələrinin tikintisi, kommunal  yaşayış binalarının təmiri və həyətyanı sahələrinin abadlaşdırılması və digər infrastruktur layihələrinin icrası həyata keçirilmişdir. Rayonda abadlıq-quruculuq işlərinə diqqət artırılmış, qəzalı vəziyyətdə, eləcə də istismar müddəti başa çatmış istinad divarları sökülərək müasir zövqə uyğun olaraq yenidən inşa olunmuşdur. Heydər Əliyev, 20 yanvar küçələrində yolun üst hissəsində  istinad divarları hörülmüş və ağ  üzlüklərlə  üzlənilmişdir. 9 ədəd mənzil kommunal  yaşayış evlərinin blokları  təmir edilmiş, binaların fasad hissələri rənglənmişdir.  4 yaşayış binasının dam örtüyü tamamilə yenisi ilə əvəz olunmuşdur. Bu işlərin görülməsinə 83 nəfər işçi cəlb edilmişdir. Möhtərəm Prezidentin qayğısı sayəsində rayonda işsizliyin aradan qaldırılması məqsidilə Qaz istismar, Elektrik şəbəkəsi, Sukanal idarəsində, Yol İstismar idarəsində, Kommunal təsərrüffat sahəsində və təmir-tikintdə ümumilkdə 245 nəfər rayon sakini müvəqqəti olaraq işlə təmin olunmuşlar.
Kənd yaşayış məntəqələrində də inzibatı binaların tikintisi işləri davam etdirilmişdir. Rayonun Avur kəndində modul tipli məktəb binasının tikintisində tamamlama işləri aparılır və müstəqillik günü ərəfəsində istifadəyə veriləcəkdir. İnvestisiya layihəsi çərçivəsində, əhaliyə tibb xidmətinin yaxşılaşdırılması məqsədilə rayonun Honuba-Şıxlar və Avaş kəndlərində həkim məntəqəsi inşa olunmuş  və istifadəyə verilmişdir.
Şəhid ailələri üçün, eləcə də fövqəladə vəziyyətdən qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərin tikintisi işləri bu müddətdə davam etdirilmişdir. Hazırda, Horavar və Şəfəqli kəndlərində iki şəhid ailəsi üçün  sahəsi 110 m2 və otaqların sayı 4 olan  birmərtəbəli müasir evlər inşa olunur. Təbii-texnogen hadisələrin təsirindən qəzalı vəziyyətə düşmüş  Yardımlı şəhərində 3, Köryədi kəndində 1  və Zevin kəndində 1  fərdi yaşayış  evinin  tikintisi davam etdirilmişdir, yaxın ay ərzində bu fərdi yaşayış evləri istifdəyə veriləcəkdir.
Rayonda kənd yollarının çəkilişi, əsaslı təmiri istiqamətində də bir sıra işlər görülmüşdür. Uzunluğu  2,5 km olan Zəngələ kənd yolu  genişləndirilmiş və çınqıl örtüklə təmir olunmuşdur. Əlavə olaraq kənd bələdiyyəsinin və sakinlərin köməkliyi ilə kənddaxili yollar da çınqıllanmışdır. Sırıq-Astanlı yolunda cari təmir işləri aparılmış,  Mirimli-Zevin kəndləri arasında yolun  yararsız olan 2 km hissəsi çınqıllanmış və əhalinin rahat gəliş-gedişi təmin olunmuşdur.
Şıxlar və Gölyeri kənd sakinkərinin təşəbbüsü ilə uzunluğu 7 km olan torpaq örtüklü Şovut-Gölyeri yolunun 2,3 km-lik hissəsi çınqıl örtüklə təmir olunmuşdur. Allar kənd bələdiyyəsi tərəfindən də uzun illər Allar və Şıxhüseyinli kənd sakinlərini narahat edən Xənəgə-Şıxhüseyinli kəndləri arasında, uzunluğu 3,5 km-lik yol tam çınqıllanmışdır..
Masallı-Yardımlı Respublika əhəmiyyətli avtomobil yolunun sıradan çıxmış asfalt örtüyü təmir olunmuş və avtomobillərin normal hərəkəti təmin olunmuşdur.
Nəzərinizə çatdırım ki, yol infrstrukturunun yaxşılaşdırılmasının nəticəsidir ki, rayonun bütün yaşayış məntəqələrinə ilin istənilən fəsilində gediş-gəliş mümkündür.
Rayonda əhalinin içməli suya olan tələbatının ödənilməsi istiqamətində işlər davam etdirilmişdir. “Milli Su Təchizatı və Kanalizasiya xidmətləri üzrə İkinci Layihə” çərçivəsində Yardımlı şəhərinə ümumi uzunluğu 75 km su və  45 km  kanalizasiya xətlərinin çəkilməsi işləri davam etdirilir. Hazıra kimi 74 km su xətti ,  40 km kanalizasiya xətti  çəkilişdir. Nəzərdə tutulmuş 10 ədəd su anbarından 10-da tikinti işləri aparılır və çirkab su təmizləyici qurğusunda inşaat işləri davam etdirilir. 9 ədəd su nasos stansiyalarında tikinti işləri davam etdirilir, 13 ədəd kanalizasiya stansiyalarından 3-də tikinti işləri aparılır. Bütün su anbarlarına və nasosxanalara elektrik xətləri çəkilmiş, transformatorlar quraşdırılmışdır.
Kəndlərdə də əhalinin içməli suya olan tələbatının ödənilməsi mühüm məsələ kimi daim diqqətdə saxlanılmışdır. “Sineyir” su xəttindən Horavar və Əngövül  kəndlərinə içməli su xətti çəkilmiş və əhalisinin sayı 1000 nəfər olan bu yaşayış məntəqələri içməli su ilə təmin olunmuşdur. Hazırda, bu su xəttindən 8 yaşayış məntəqəsində 6 min nəfər istifadə edir. Separadi kəndinə də  “Sineyir” xəttindən su xəttinin çəkilişii, habelə Ökü kəndinə Xanbulaq kəndindən su çəkilməsi  üçün aidiyyəti üzrə “Azərsu” ASC rəhbərliyinə müraciət olunmuşdur.  
Ölkə Prezidentinin sərərəncamı ilə, əhalisinin sayı 1000 nəfər olan Aşağı Astanlı  və Deman kəndlərinin hər birində bir artezyan quyu qazılmışdır. Deman kəndində qazılmış quyu istifadəyə verilmiş, yaxın günlərdə digər artezyan quyu da istifadəyə veriləcəkdir. Başqa kəndlərdə də artezyan quyuların qazılması üçün aidiyyatı üzrə müraciət olunmuşdur. 
Ötən müddətdə abonentlər təbii qazla tam təmin olunmuş,  qaz abonentlərinin sayı  2 min 635-ə çatdırılmışdır.   Nəzərinizə çatdırım ki, 2018-ci ildə rayonda abonentlərinin sayı  1444, əhalisinin sayı 21 min 400 nəfər  olan 11 yaşayış məntəqəsinin – Osnağaran, Anzov, Hamarkənd, Abbasabad, Gavran, Ostayir, Dəlləkli, Çayüzü, Şəfəqli, Nİsəqala və Horavar kənd yaşayış məntəqələrinin qazlaşdırılması həyata keçiriləcəkdir. Hazırda, rayon üzrə 12 yaşayış məntəqəsi qazlaşdırılmışdır ki, bu da yaşayış məntəqələri üzrə 13%, abonentlər üzrə 32% təşkil edir. Adları qeyd olunan məntəqələr də qazlaşandan sonra, qazlaşma  yaşayış məntəqələri üzrə 26%, abonentlər üzrə 50% təşkil edəcəkdir.
Əhalinin 24 saat elektrik enerji ilə təmin olunması sahəsində də işlər operativ olaraq həyata keçirilmişdir. 9 ay ərzində şəbəkəyə daxil olmuş 600-ə yaxın dəmir dayaq, 5 km məftil, 6 km kabel və digər mal-materiallar Yeni Yardımlı və Ərus yarımstansiyasından qidalanan 10 və 0\4 kilovoltluq xətlərdə istifadə olunmuşdur. Xətlərdə qəzaların aradan qaldırılması və avadanlığın yaşayış məntəqələrinə daşınması kənd sakinlərinin yaxından köməkliyi ilə həyata keçirilmişdir.
Regionların Sosial İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində Yardımlı şəhərində SİP kabelləşmə işlərinə başlanılmışdır. Hazıra kimi şəhər xətlərində 4500 metr kabel çəkilmiş və 100 ədəd dayaq istifadə olunmuşdur.
2017-ci ilin müvafiq dövründə rayon üzrə 53 milyon 180 min manatlıq  ümumi məhsul istehsal olunmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 % çoxdur. Bu müddətdə 653 min 500 manatlıq sənaye- ötən ilin müvafiq dövrü ilə müqayisədə 24% çox,  22 milyon 603 min  manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuş- ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% çox,  əhaliyə  15 milyon 807 min  manatlıq ticarət- ötən ilin müvafiq dövrü ilə müqayisədə 1% çox,  1 milyon 710  manatlıq nəqliyyat, ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,3% çox, 319 min manatlıq rabitə xidməti göstərilmiş - ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% çox, 12 milyon 792 min manatlıq tikinti işləri-  ötən ilin müvafiq dövrü ilə müqayisədə 40% çox olaraq  həyata keçirilmişdir.  Adambaşına düşən məhsul istehsalı  808  manat olmuşdur.       
  2017-ci ilin 9 ayında rayon üzrə gəlirlər 3 milyon 182 min manat proqnozlaşdırılmışdır. Proqnozlaşdırılmış gəlirlərin 1 milyon 739 min manatı mərkəzləşdirilmiş resurslardan subsidiya hesabına, 1 miyon 443 min manatı isə on növ vergi və vergi olmayan tədiyyələrdən yerinə yetirilməsi nəzərdə tutulmuşdu. Ötən müddətdə proqnozlaşdırılmış gəlirlər mərkəzləşdirilmiş resurslar üzrə 1 milyon 738 min manata qarşı 1 milyon 664 min manat -96,3 %, yerli gəlirlər 1 milyon 443 min manata qarşı 1 milyon 472 min manat -102%, ümumilikdə büdcə gəlirləri 3 milyon 146 min manat -103,8% icra olunmuşdur.
Rayonumuzda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir, əhalinin əksəriyyəti heyvandarlıq və əkinçiliklə məşğul olurlar bu da rayon əhalisinin gəlir mənbəyi hesab olunur. 2017-ci ilin məhsulu üçün 2016-cı ilin payızında 3 min 549 hektar sahədə payızlıq taxıl bitkiləri əkilmişdir. Bundan  3 min 455 hektarı payızlıq buğda, 78 hektarı payızlıq  arpa,16  hektarı  isə  vələmir  sahəsidir. Sahələrdən  83 min 24 sentner taxıl məhsulu, ötən ilin müvafiq dövrü ilə müqayisədə   10% çox,  82 min 482 sentner kartof - ötən ilin müvafiq dövrü ilə müqayisədə  10% çox, 21 min 943  sentner tərəvəz  - ötən ilin müvafiq dövrü ilə müqayisədə  32% çox və 6 min 137 sentner meyvə - ötən ilin müvafiq dövrü ilə müqayisədə  49% çox məhsul toplanmışdır. Yanacaq və sürtkü materialına görə 2 min 12 məhsul istehsalçısına  2 min 534 ha sahə üçün 218 min 910 manat subsidiya  ödənilmişdir.  1015 ha əkin sahəsinə vətəndaşların torpaq mülkiyyət sənədləri olmadığı üçün subsidiya ödənilməmişdir.
2017-ci ilin yazında 1541,5 hektar sahədə yazlıq bitkiləri əkilmişdir.
Natiq çıxışında bildirirmişdir ki, son illərdə rayonumuzda tütünçülüyün inkişafına da diqqət xeyli artırılmışdır.  33 nəfər vətəndaş 43 ha sahədə tütün əkmiş və hazıra kimi tütün sahələrindən 125 ton yaş tütün, qurutma sexinə təhvil vermiş, hazıra kimi müəssisə tərəfindən istehlakçılara 20 min manat vəsait ödənilmişdir. Hazırda tütün tədarükü davam edir.
Rayonumuzda fındıqçılığın inkişaf etdirilməsi ilə bağlı da müvafiq işlər  görülmüşdür. Zaqatala  rayonundan yüksək məhsuldarlığı ilə seçilən  54 min  findıq tingləri gətirilərək  rayonumuzda 108 ha findıq bağları salınmışdır.
Əgər ötən ilin müvafiq dövrü ilə müqaisəyə baxsaq, kənd təsərrüfatının bütün sahələrində ciddi irəliləyişin olmasının şahidi olarıq. Lakin, hələ də əkinə yararlı torpaqların çox hissəsi əkilmir. Ərazi dairəsi üzrə nümayəndələr kənd yaşayış məntəqələrində əhali arasında maarifləndirmə işləri aparılmalı, istehsalçılar üçün şərait yaratmalı, taxıl və tütün, eləcə də, digər kənd təsərrüfatı məhsullarının əkilməsi üçün sahələr müəyyənləşdirməlidir....
Hesabatda  Yol idarəsinin müdiri Yaqub Əliyev,rayon su-kanal idarəsinin rəisi Fizuli Babayev,elektirik şəbəkəsinin müdiri Cavid Cavadov, təhsil şöbəsinin müdir Manaf Səmədzadə çıxış edərək görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermişdir.

Keçidlər