Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Yardımlıda rayon təşkilatının IX konfransı keçirildi.

27 sentyabr 2017 | 16:00

    Sentyabrın 27-də   Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının IX konfransı keçirilib.
Konfrans nümayəndələri və qonaqlar əvvəlcə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib,  önünə tər gül çiçək dəstələri qoyublar.
RİH-nin keçirilən konfransda YAP Yardımlı  rayon təşkilatının sədri Mahir Mirzəyev  ilə çıxış edərək təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti barədə məlumat verib, partiyanın yaranma tarixinə toxunub, Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı və Yeni Azərbaycan Partiyasının iqtidar partiyasına çevrilməsinin müstəqilliyimizin qorunması, dövlətçiliyimizin möhkəmlənməsi, ölkənin tərəqqiyə doğru irəliləməsini təmin edən əsas amil olduğunu xüsusi vurğulayıb.
Son illər Azərbaycanın istər iqtisadi, istərsə də beynəlxalq aləmdə qazandığı böyük uğurları konkret faktlarla xatırladan məruzəçi, bu uğurların əldə edilməsində Yeni Azərbaycan Partiyasının xüsusi xidmətlərini qeyd edib.

Rayon təşkilatının IX konfransında Millət vəkili Mirkazım Kazımlı, YAP Siyasi Şurasının üzvü Vuqar Rəhimzadə, YAP Mərkəzi aparatının kuratoru Məcid Əhmədov,Rrayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  çıxış edərək Yeni Azərbaycan Partiyasının ölkəmizin ən nüfuzlu qüvvəsinə və xalqın partiyasına çevrilməsində onun yaradıcısı, Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini vurğulayıblar.
Çıxışlarda bildirilib ki, Ümummilli liderimizin siyasi xəttinin, ideyalarının bu gün partiyanın Sədri, ölkə Prezidenti cənab Ilham Əliyev tərəfindən uğurla davam etdirilməsi xalqımızda sabaha böyük inam doğurur. Natiqlər son dövrlər Yardımlıda iqtisadi və mədəni həyatında böyük dəyişikliklərin baş verdiyini, geniş tikinti quruculuq işlərinin aparıldığını qeyd ediblər.
Konfransda  təşkilati məsələlərə baxılıb, Mahir Mirzəyev  yenidən YAP Yardımlı  rayon təşkilatının sədri seçilib. Konfransda  həmçinin sədrin müavinləri, rayon təşkilatının  Şurası, İdarə Heyəti və Nəzarət-təftiş qrupu da seçilib.

Keçidlər