Idman
Yardımlı rayonunda idmanın Futbol, Voleybol, Şahmat, Kontakt-karate, Cüdo, Kosiki-karate, Taekvondo, Kikboksinq və Yüngül atletika idman növləri üzrə idman klubları fəaliyyət göstərir. Ümumilikdə 9 idman növü üzrə 1153 nəfər yeniyetmə və gənc idmanla məşğul olurlar. 2021-ci ildə idmançılarımızın 4 zona, 6 Respublika, 1 Dünya çempionatında iştirakı təmin edilmişdir. Bu yarışlarda ümumilikdə 75 nəfər gəncin iştirakı təmin edilmişdir. İdmançılarımızdan 1 nəfəri Dünya birincisi, 1 nəfəri Respublika birincisi və 2 nəfəri Respublika üçüncüsü adına layiq görülmüşdür. Sevindirici haldır ki, bu ildə rayonumuzun idman tarixində böyük nəaliyyət əldə olunmuşdur. Belə ki, 12-14 dekabr 2021 – ci il tarixdə Ukraynanın Xarkov şəhərində Light SANDA idman növü üzrə keçirilən dünya çempionatında təcrübəli məşqçi müəllim Nazim Rzayevin yetirməsi 9 qat Respublika çempionu Sahratlı Valeh Həşim oğlu ən yüksək pilləyə qalxaraq Dünya çempionu adına laiq görülmüşdür. Həmdə Valeh 2012-ci ildə hərbi xidmətdə olarkən Ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən “Hərbi xidmətdə fərqləndiyinə görə” III dərəcəli medalla təltif olunmuşdur.
Bununla yanaşı 29 noyabr – 05 dekabr 2021 – ci il tarixlərdə Sumqayıt şəhərində Taekvondo idman növü üzrə yeniyetmə, gənc və böyüklər arasında ölkə birinciliyində təcrübəli məşqçi müəllim Ramal Əsgərovun yetirmələri Mirzəzadə Musa Natiq oğlu gənclər arasında 73 kq- da III yerə, Əskərov Murad Ramal oğlu yeniyetmələr arasında 49 kq – da III yerə layiq görülmüşdür.
02-11 yanvar 2022-ci il tarixdə Bakı şəhərində keçirilən “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” və “Yeni il” münasibəti ilə Beynəlxalq reytinqli Şahmat turnirində təcrübəli məşqçi müəllim Elşən Məmişovun yetirməsi Səlifli Mirmehdi Seyran oğlu I yerə layiq görülmüşdür.
Yeni istifadəyə verilmiş Yardımlı İdman Kompleksi rayonumuzda idmanın inkişafına, o cümlədən idmanın kütləviliyinin artırılmasına böyük təkan vermişdir.